Dartanyanın səhnəyə çıxmasına qadağa qoyuldu | Icma.az
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur sovet və rus kino və teatr aktyoru Mixail Boyarski bir neçə gün öncə “Romeo və Cülyetta” tamaşasının məşqi zamanı 3 metr hündürlükdən yıxılıb, zədə almasından və xəstəxanaya yerləşdirilməsindən sonra həkimlər ona bir ay səhnəyə çıxmağı qadağan edib.
Kult.az xəbər verir ki, bu barədə məşhur aktyorun həyat yoldaşı, Lensovet Teatrının bədii rəhbəri, xalq artisti Larisa Lupyan TASS-a deyib.
“Həkimlər ona dedilər ki, onu bir ay səhnəyə buraxmayacaqlar, amma biz sənətçilər, bilirsinizmi, beləyik, həkimlər bizə bir şey deyir, biz başqa şey edirik”, - o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Boyarski tamaşanın məşqi zamanı baş verən qəzaya görə xəstəxanaya yerləşdirilmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu