Darvaza oğruları saxlanıldı

12.04.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov, A.İmanov, N.Albabayev və H.Babayev müəyyən edilərək saxlanılıblar.

Onların oğurladıqları əşyaların bir hissəsini əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью