Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Sumqayıt şəhərində qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Ələddin ilə qonşusu Rəfail (adlar şərtidir – red.) arasında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı o, əli ilə
Rəfailin alın, baş və üz nahiyəsinə, yumruqla bir neçə dəfə vurmaqla, ona bədən xəsarətləri yetirib.
Ələddinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ələddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşu kimi Rəfailə yaxınlaşıb və onu yeni aldığı darvazaya baxmaq üçün evinə çağırıb:
“Daha sonra günorta vaxtı içkili olduğumuz üçün aramızda mübahisə baş verdi və Rəfailin üzünün sağ almacıq hissəsinə xəsarət yetirdim. Hazırda zərərçəkmiş şəxslə barışmışam”.
Zərərçəkmiş Rəfail ifadəsində göstərib ki, içkili olduğu üçün hadisəni xatırlamır:
“Hadisədən sonra üzümdə xəsarət var idi. Ələddinlə 5-6 gündür ki, aramızda barışıq əldə olunub. Barışıq ərizəsini heç bir təzyiq olmadan öz könüllü iradəm ilə yazmışam. Gələcəkdə də bu işlə bağlı hansısa orqana şikayət etməyəcəm”.
Sumqayıt Şəhər Məhkəməsində hökm çıxarılan zaman təqsirləndirilən şəxsin zərərçəkənlə barışıq əldə etməsi nəzərə alınıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Ələddin ilə qonşusu Rəfail (adlar şərtidir – red.) arasında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı o, əli ilə