Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanının “Əl-Diriyə” futbol klubu heyətini iki yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Darvin Nunes və Enzo Miyo icarə əsasında komandaya qoşulublar.
Uruqvay millisinin hücumçusu Nunes “Əl-Hilal”dan, fransalı hücumameylli yarımmüdafiəçi Miyo isə “Əl-Əhli”dən icarəyə götürülüb.
Hər iki futbolçu Səudiyyə Ərəbistanına ötən yay keçib. Nunes İngiltərənin “Liverpul” futbol klubundan “Əl-Hilal”a, Miyo isə Almaniyanın “Ştutqart” futbol klubundan “Əl-Əhli”yə transfer olunub.
Daha əvvəl Nunesin Türkiyənin “Trabzonspor” futbol klubuna icarəyə verilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilsə də, sonradan “Əl-Diriyə” uruqvaylı hücumçunu heyətinə qatıb.
Qeyd edək ki, ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasına yüksələn “Əl-Diriyə” yeni mövsümün ilk iki turunda üç xal toplayıb. Komanda ilk oyunda “Əl-Əhli”yə 0:1 hesabı ilə uduzub, ikinci turda isə “Əl-Hazm”ı 1:0 hesabı ilə məğlub edib.