Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu gün rayon ərazisindəki daş karxanalarının birində işləyən fəhlə 47 yaşlı Səxavət Abdullayev ehtiyatsızlıqdan dəzgahın lentinə düşüb. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.