Daş karxanasında çökmə: 14 ölü

31.05.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İndoneziyanın Qərbi Cava əyalətində yerləşən daş karxanasında çökmə baş verib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Xilasetmə qrupları tərəfindən aparılan əməliyyat zamanı 14 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, 12 nəfər isə yaralı şəkildə xilas edilib.

Rəsmilər hələ də 6-8 nəfərin dağıntılar altında qaldığını ehtimal edir. Axtarış-xilasetmə işləri polis, ordu, könüllülər və beş ekskavatorun iştirakı ilə davam etdirilir.

Hadisə ilə bağlı istintaq başladılıb və daş karxanasının sahibi də daxil olmaqla 6 nəfər saxlanılıb.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью