Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Müharibə atəşdir, düşdüyü yeri yaxıb yandırır.
Döydüyü qapı açılmasa, bacadan girib qocasından uşağına hər kəsi qarsıb-qovurur, körpələrin üzündəki sevinci, gülüşü dondurur.
30 ildən çox bir zamanda yurdumuza dadanmış yağı xalqımızın evinə-ocağına atəş yağdırdı.
Ta o vaxta qədər ki, Kamran kimi oğullar böyüyüb boy göstərdilər düşmənə.
Bizim qiyamətə saxlamayacağımız bir qisasımız var deyə, iki körpəsini ömür-gün yoldaşına əmanət edib, vətən övladlarının işıqlı gələcəyi üçün azadlıq savaşına girdi.
27 sentyabr, o payız sabahı illərdir sinəmizdə kösöv kimi tüstülənən dərdimizin üstünə su səpildi. İşıq görünürdü qaranlığın son ucunda.
Torpaq uğrunda torpağa düşürdü oğullarımız. Onlar şəhid düşdükcə, ata-anaların ürəyinə atəş düşürdü.
Yevlaxlı Vaqif kişi də o atalardan biridir. Mən onu əvvəldən tanıyırdım, zəhmətsevər, alnının tərilə halalından qazanıb, ailəsini, övladları