Daşaltı faciəsindən Şuşa zəfərinə STRATEJİ BAXIŞ VİDEO

25.01.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ xronikası" verilişinin yeni buraxılışında 1992-ci il Daşaltı əməliyyatının səbəbləri, nəticələri və 2020-ci ildə eyni istiqamətdə əldə olunan hərbi uğurun tarixi-strateji əhəmiyyəti təhlil olunub.
Bizim.Media  xəbər verir ki, verilişdə qeyd edilib ki, 1992-ci il yanvarın 25-də həyata keçirilən Daşaltı əməliyyatı Birinci Qarabağ müharibəsində mühüm hərbi-siyasi mərhələ olub.
Həmin dövrdə Şuşa faktiki mühasirədə idi və Daşaltı kəndi Şuşa-Laçın yoluna nəzarət edən strateji mövqelərdən biri kimi ciddi təhlükə yaradırdı. Bu səbəbdən əməliyyat Şuşanın təzyiqdən çıxarılması məqsədilə planlaşdırılıb.
 

Bildirilib ki, ordunun formalaşma mərhələsində olması, vahid komandanlığın tam qurulmaması, koordinasiya və rabitə problemləri, eləcə də çətin hava və relyef şəraiti əməliyyatın uğursuzluqla nəticələnməsinə səbəb olub. Bununla belə, Daşaltı əməliyyatı gələcək hərbi qərarlar üçün mühüm dərslər formalaşdıran təcrübə kimi qiymətləndirilib.


Vurğulanıb ki, 2020-ci ildə Şuşa istiqamətində aparılan əməliyyatlar artıq fərqli hərbi-strateji mühitdə həyata keçirilib. Vahid komandanlıq, dəqiq planlaşdırma və müasir taktika nəticəsində Daşaltı istiqamətində uğur əldə olunub və bu, Şuşanın azad olunması üçün operativ şərait yaradıb.
Qeyd edilib ki, Daşaltı mövzusu yalnız hərbi əməliyyat deyil, həm də insan taleləri və tarixi yaddaş kontekstində dəyərləndirilməlidir. 1992-ci ilin faciəsi ilə 2020-ci ilin qələbəsi arasındakı fərq Azərbaycanın formalaşdırdığı hərbi potensial və strateji düşüncənin nəticəsi kimi təqdim olunub.
Daha ətraflı Baku TV-nin materialında:

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью