Daşaltında bədbəxt hadisə RƏİS MÜAVİNİ ÖLDÜ

18.10.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.

Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub. Nəticədə polis mayoru ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib. Aldığı xəsarətlər səbəbindən onun qolları amputasiya olunub.

Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью