Daşbulaq daşı da, bulağı da sevinən kənd | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xocalının bu cənnət məkanına həyat yenidən qayıdıb İki tərəfdən ağaclarla əhatələnmiş rahat, asfalt yolla Daşbulağa yaxınlaşdıqca, Xocalı faciəsinin ürək dağlayan dəhşətli kadrları gözlərim önündən keçir.
Və o görüntülərdən birində jurnalistin “haradan gəlmisən” sualına titrək səslə “Daşbulaqdan” cavabını verən balaca qızcığazı – Ləfxanımı xatırlayıram.
Qürurla düşünürəm ki, çoxumuzun məhz məsum çöhrəsində qorxu və təlaş donmuş Ləfxanım sayəsində tanıdığımız Daşbulaq daha illərlə qaysaq bağlamayan yaralarımızın, dərdlərimizin adlarından biri deyil, qəhrəman oğulların azadlığına qovuşdurduğu torpaqlarımıza həyatın yenidən qayıdışının, dirçələn yurd yerlərimizin növbəti ünvanıdır.
İndi Xocalının daşı-qayası, dağı-dərəsi, gülü-çiçəyi, insanları kimi saf, can dərmanı suları, bulaqları sevinən bu cənnət məkanı illərlə həsrətini çəkən doğma, əzəli sakinlərinə, əsl sahiblərinə qovuşmağın sevincini, xoşbəxtliyini yaşayır...
“Mən səni sevirəm, Daşbulaq” Rəşadətli ordumuzun ilahi ədaləti bərqərar etməsi sayəsində Daşbulağın sakinləri kimi, tarixi adı da geri qayıdıb.
Çünki ötən əsrin 90-cı illərinin əvvəllərindən Vətən müharibəsinə, Qarabağda separatçı rejimə qarşı keçirilmiş antiterror tədbirlərinə qədər kənd mənfur düşmənlər tərəfindən Astxaşen adlandırılırdı.
Bu eybəcər ad çoxdan cəhənnəmə gedib. Ermənilərin həmin dövrlərdə törətdikləri cinayətlərin, vəhşiliklərin izləri isə Daşbulaqda hələ də qal
Tam oxu
Xəbəri oxu