Daşdan daşa dəydi başım o zaman Günün şeiri

05.05.2025

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün istiqlal şairimiz Əhməd Cavadın doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində onun "Yuxuma gəlmişdin" şeirini təqdim edir.

… Yuxuma gəlmişdin sən həzin-həzin,
İşvəli, qəmzəli, nazlı nazənin.
Sən coşqun bir bulaq, mən yazıq əzgin,
Sən yanar bir dodaq, mən halsız, üzgün!

… Onbeşdən az idi, yaşım o zaman,
Axırdı qəlbimə yaşım o zaman.
Daşdan-daşa dəydi başım o zaman,
Yazda başlamışdı qışım o zaman!

Sən sevda buludu, mən təşnə dodaq,
Sən pək iyi bir sərv, mən solğun yarpaq.
Mən quru bir ağac, sən gül ağappaq,
Sinəmə dəyirdi oxlar şaqhaşaq!

Canımda qalmayıb nə tab, nə təvan,
Baxışın şimşəkdi, duruşun ceyran;
Dodağın lalədir, ətirin reyhan,
Onsuz da qurbanam, mən sana qurban!

Sən canlı mələksən, mən quru şəkil,
Bən sana tayammı, ay saçı sünbül?
Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan, çəkil!

Allah o qədər bikar deyil Fotoqraf model sevgilisini boğub öldürdü Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью