Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız

27.11.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir.

Milli.Az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Layihəyə əsasən, operativ vergi nəzarəti elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə malların daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsini də əhatə edəcək.

Belə hal aşkarlandıqda malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd olunan dəyişikliklər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə isə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью