Daşınmaz əmlak alarkən diqqət yetirilməli olan məqamlar | Icma.az
Icma.az, Azpost portalına istinadən məlumat verir. Daşınmaz əmlak investisiyası həm şəxsi istifadə, həm də gəlir əldə etmək məqsədi ilə həya
Lakin bu qərarı verərkən bir sıra vacib məqamları nəzərə almaq lazımdır.
“Femida Real Estate” Daşınmaz Əmlak şirkətinin direktoru, hüquqşünas Həsən Həsənov daşınmaz əmlak alarkən nələrə diqqət yetirilməli olduğu haqqında fikirlərini Qaynarinfo ilə bölüşüb.
Əmlakın Yerləşməsi Lokasiya ən vacib faktordur: Nəqliyyat və infrastruktur: Əmlakın ictimai nəqliyyat vasitələrinə, əsas yollar və kommunal xidmətlərə yaxınlığı qiymətə və gələcəkdəki dəyərinə təsir edir.
Ətraf mühit: Yaşayış sahəsinin sakitliyi, şəhər mərkəzinə, parklar və məktəblərə yaxınlığı da əhəmiyyətli rol oynayır.
Regionun inkişaf potensialı: İnkişaf edən bölgələrdə gələcəkdə qiymət artımı ehtimalı yüksəkdir.
Hüquqi Məsələlər və Sənədlərin Doğruluğu Hüquqi yoxlamalar və sənədlərin tamlığı: Əmlakın statusu və mülkiyyət hüquqları: Satın almaq istədiyiniz əmlakın mülkiyyət hüququnun aydın olmasına, icazə sənədlərinin (texniki pasport, tikinti icazəsi və s.) düzgünlüyünə diqqət yetirin.
Mülkiyyətin keçmişi: Əmlakın əvvəlki sahibləri, üzərində olan hər hansı hüquqi məhdudiyyətlər və ya ipotekalar barədə məlumat almaq vacibdir.
Tam oxu
Xəbəri oxu