Daşınmaz əmlak bazarında qiymət artımının səbəbi (AÇIQLAMA) | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"2025-ci ildə daşınmaz əmlakın qiymətinin necə olacağı ilə bağlı nəsə demək çətindir. Şəhərsalma məsələləri çox önəmlidir.
Düşünmürəm ki, 2025-ci ildə tikinti şirkətlərinə əvvəlki kimi sərbəstlik veriləcək.
Amma ilin ikinci yarısından sonra şirkətlər kütləvi halda tikinti işlərinə başlayarlarsa, rəqabət yaranar və qiymətlər sabitləşər".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Onun sözlərinə görə, əmlak bazarında qiymətlərin bahalaşmasına səbəb ilk növbədə tikinti şirkətləri olub: "Onlar qiymətləri kəskin şəkildə artırdılar.
Səbəb də inşaat materiallarının bahalaşması və tikinti ilə bağlı veriləcək sərəncamların məhdudlaşdırılması idi".
Elnur Azadov daşınmaz əmlakın özünəməxsus bir sürpriz olduğunu xatırladıb: "2020-ci ildən sonrakı dövrdə iqtisadi proseslər bir çox ölkələrdə çətinləşdi deyə çoxları daşınmaz əmlakın qiymətinin enəcəyini düşündü.
Tam oxu
Xəbəri oxu