Daşınmaz əmlak sahəsində BU FƏRMANLAR icra olunub

29.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Daşınmaz əmlak sahəsində fərmanların icrası ilə bağlı statistik göstəricilər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova qurumun fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Prezident Fərmanının icrası çərçivəsində 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin olunub, 413 423 vətəndaşa isə dövlət aktı əsasında hüquq sahibi kimi elektron çıxarış verilib.

Sədr əlavə edib ki, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmana uyğun olaraq 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı hazırlanaraq təqdim edilib, 4 602 qeyri-yaşayış binası üzrə isə mülkiyyət hüquqları qeydiyyata alınaraq sahibləri elektron çıxarışla təmin olunub.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью