Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər 2 dəfədən çox artıb

27.02.2025

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 3 milyon 914 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 343 min manat və ya 9,6% çoxdur. Ötən ilin yanvar ayında bu növ üzrə sığorta yığımlarının məbləği 3 milyon 571 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 115.7 min manat və ya 2,3 dəfə artaraq 204 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью