Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb | Icma.az
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az Azərbaycanda bu ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 44 milyon 757 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 3 milyon 525 min manat və ya 7,3% azalıb.
Ötən ilin yanvar-aprel ayında bu növ üzrə sığorta yığımlarının məbləği 48 milyon 282 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 269.2 min manat və ya 38.1% artaraq 976 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!! Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu