Daşınmaz əmlakla bağlı sığorta haqqı dəyişir

21.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az-ın xəbərinə görə, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib.

O bildirib ki, Daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən hazırda işlər görülür: “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarının hesablanmasında artıq risk əsaslı sistemə keçid olunacaq”. 

“Daşınmaz əmlakın icbari sığortası dedikdə evlərin və biznes sahələrinin icbari sığortalanması nəzərdə tutulur. Burada ən böyük risklərdən biri zəlzələ ilə bağlı risklərdir. Bununla bağlı ölkənin zəlzələ üzrə risk xəritəsi hazırlanır”, - deyə R. Cəfərov əlavə edib.

Könül Vəliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью