Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Daşkənd Beynəlxalq Hava Limanının gediş zalında "VIP Services Group"a aid "Anjir Business Lounge"ın açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Özbəkistanın Nəqliyyat Nazirliyinin, Özbəkistanın hava limanlarının və operator şirkətinin nümayəndələri, jurnalistlər və blogerlər iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər, Daşkənd Beynəlxalq Hava Limanının direktoru Cəsur Poladov, "VIP Services Group" Şirkətinin baş direktoru Sabir Şükürov və digər qonaqlar yeni istifadəyə verilən, "Anjir Biznes Zalı" nın hazırda prioritet istiqamətlərdən biri olan turizm sektorundakı rolundan və ümumilikdə yenidənqurma çərçivəsində Daşkənd Beynəlxalq Hava Limanın ərazisində açılan yeni kommersiya sahələrindən, abadlaşdırlmalardan bəhs ediblər.
Qeyd edək ki, "Anjir Biznes Zalı" "Türk Hava Yolları, "Air Astana" kimi beynəlxalq aviaşirkətlərlə partnyorluq çərçivəsində fəaliyyət göstərəcək.
Məlumat üçün həmçinin bildirilib ki, Daşkənd Beynəlxalq Hava Limanında 2024-cü ildə 9 milyon sərnişinə xidmət göstərilib.
"VIP Xidmətlər Qrupu" şirkətinin baş direktoru Sabir Şükürov öz çıxışında iki dövlət arasında strateji əməkdaşlıq çərçivəsində görülən işlərdən, iqtisadi maraqları və regional integrasiyanı dəstəkələyən addımlardan və ümumilikdə iqtisadiyyatın bütün sahələrində yaranmış müasir biznes mühitinin formalaşmasından danışıb.
2011-ci ildən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda və Gəncə Beynəlxalq Hava Limanında fəaliyyət göstərən "VIP Services Group" şirkətinin Azərbaycandan kənarda ilk biznes zalı qardaş Özbəkistanda açılıb.