Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır (Video)

22.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Daşkənd Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərinə hazırlaşır.

Bu barədə Özbəkistanın paytaxtına ezam olunmuş Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev video paylaşıb.

Onun sözlərinə görə, paytaxtın mərkəzində reklam lövhələri və bannerlər Azərbaycan və Özbəkistanın simvolları, eləcə də iki ölkənin liderlərinin portretləri ilə bəzədilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью