Daşkənd və Sankt Peterburq arasında “yol xəritəsi” imzalanıb

10.09.2025

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Daşkənd və Sankt-Peterburq arasında “yol xəritəsi” imzalanıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən sənəd Daşkənd şəhərinin meri Şavkat Umurzakovla Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüş zamanı imzalanıb.
Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın dövlət başçılarının iradəsi əsasında inkişaf etdiyi və Özbəkistan-Rusiya münasibətlərinin möhkəmlənməsində mühüm həlqə olduğu vurğulanıb. Danışıqlar zamanı səhiyyə, təhsil və sənaye sahələrində təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.
Bildirilib ki, Özbəkistan Sankt-Peterburq üçün əsas ticarət tərəfdaşıdır. Bu istiqamət işgüzar əlaqələrin daha da inkişafı ilə möhkəmlənir.
Tərəflər tərəfdaşlığı daha da dərinləşdirməyə və müntəzəm dialoqlar, o cümlədən təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildiriblər.
Danışıqların yekununda Daşkənd şəhər administrasiyası ilə Sankt-Peterburq hökuməti arasında 2025-2028-ci illər üçün ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa dair əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair “yol xəritəsi” imzalanıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью