Daşkənddə 1 qızıl, 7 bürünc

29.07.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan idmançıları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən savat assault üzrə Dünya çempionatı və Dünya Kubokunda uğurla çıxış ediblər.

Mundialda Ələkbər Xanməmmədov (60 kq) qızıl medal qazanıb. Yusif Xəlilzadə (48 kq), Ümid Zeynalov (52 kq), Məhəmməd Məmmədli (56 kq), Nicat Məhəmmədli (65 kq), Nihat Quliyev (70 kq), Əli Bəylərzadə (75 kq) və Məhəmməd Süleymanov (85 kq) bürünc medala sahib çıxıblar.

Dünya Kubokunda isə Raul Hüseynzadə (30 kq) qızıl, İbrahim İbrahimli (35 kq) və Beyrək Bağırov (85 kq) bürünc medal əldə ediblər.

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью