Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən “Qlobal antidopinq idarəçiliyinin gücləndirilməsi: Uyğunlaşdırma, ardıcıllıq və regional əməkdaşlıq” mövzusunda beynəlxalq forum təşkil olunub.
Mərasimdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.
Açılış mərasimində WADA-nın prezidenti Vitold Banka, Özbəkistan Respublikasının idman naziri Adham İkromov və milli antidopinq agentliyinin direktoru Abduşukur Sodikov çıxış ediblər.
Forumda qarşıdakı illərdə həyata keçiriləcək prioritet vəzifələr müəyyən edilib. Xüsusilə, WADA Məcəlləsinin tələblərinə tam uyğunluq, idmançıların sağlamlığının və hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilərək müzakirələr aparılıb.
Beynəlxalq forum çərçivəsində hər bir ölkənin nümayəndələri öz təcrübələri, nailiyyətləri və mövcud problemləri barədə məlumat verib, dopinqə qarşı mübarizədə əməkdaşlıq üçün effektiv yollar və imkanları təhlil ediblər.
Mərasimdə 200-dək hökumət rəsmisi, milli antidopinq təşkilatının rəhbəri, yüksəkixtisaslı mütəxəssis və beynəlxalq ekspert iştirak edib.
Qabil YUSİFOĞLU
XQ