Daşkənddə beynəlxalq Media Forum keçirilir

25.08.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistanda "İslam svilzasiyası: yeni çağırışlar, yeni kəşflər" mövzusunda üçüncü beynəlxalq Media Forum öz işinə başlayıb. 

525.az xəbər verir ki, media forum avqustun 28-dək davam edəcək.

Tədbirdə 47 ölkədən 200-dən çox media nümayəndəsi, ekspertlər, elm adamları, mütəxəssislər iştirak edirlər.

Tədbirdə əvvəlcə beynəlxalq mediaforuma və onun əsas məqsədlərinə həsr olunmuş videoçarxın nümayiş etdirilib.

Forum çərçivəsində müasir medianın İslam sivilizasiyasının işıqlandırılmasında rolu, tarixi və mədəni irsin qorunub saxlanılması məsələləri, eləcə də informasiya məkanında İslam dünyasının nailiyyətləri ilə bağlı yeni yanaşmalar müzakirə ediləcək.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью