Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Özbəkistanda son günlər havaların çox isti keçməsi ciddi çətinliklər yaradıb. 40 dərəcə Selsini keçən temepraturda görə asfalt örtüyü əriyir, yaşıllıqlar solur.
Avtosfer.az xəbər verir ki, bu səbəbdən şəhərdə fəvvarələr 24 saatlıq iş rejiminə keçirilib. Əlavə olaraq yaşıllıqlar daha intensiv suvarılır. Yolların soyudulması üçün xüsusi avtomobillərlə gündüz saatlarında su çilənir.
Qonşu ölkələrdə də vəziyyət çox da asan deyil. Ötən günlərdə Düşənbədə asfaltın üzərində ərimiş konusların videosu yayılmışdı.
Vüqar