Daşkənddə Özbəkistanın müstəqilliyinin 35 illiyi qeyd edilib

28.08.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daşkənddə Özbəkistanın müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntınəli bayram tədbiri keçirilib.

525.az-ın Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, diplomatik korpus rəhbərləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

Bayram tədbirində “İslam sivilizasiyası: yeni baxış, yeni kəşflər” beynəlxalq mediaforum çərçivəsində Özbəkistanda səfərdə olan azərbaycanlı jurnalistlər də iştirak edib.

Tədbir aviaşounun nümayişi ilə başlayıb.Bundan əlavə, dronlarla səmada regionun tarixi və inkişafında mühüm rol oynamış görkəmli alim və mütəfəkkirlərin obrazları təqdim edilib.

Daha sonra çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin keçdiyi yola nəzər salıb, müstəqillik illərində qazandığı nailiyyətlərə toxunub, qarşıya qoyilan yeni hədəfləri açıqlayıb.

Daha sonra konsert proqramı təqdim edilib, ispan opera müğənnisi Xose Karreras, britaniyalı aktrisa və müğənni Sara Braytman, italiyalı opera müğənnisi Alessandro Safina və digər tanınmış ifaçıların çıxışları olub. Həmçinin rəqs kollektivləri çıxış ediblər. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью