525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Daşkənddə "Qaynana" tamaşası təqdim ediləcək.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial media hesabında paylaşım edib.
Səfir bildirilib ki, tamaşa Azərbaycan teatr və kino aktrisası Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunacaq.
Tamaşa 8 oktyabr 2026-cı il, saat 18:00-da Muqimiy adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında ödənişsiz nümayiş olunacaq.