Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Daşkənddəki “Hyatt Regency Tashkent” otelində Türk Dövlətləri Təşkilatının diaspor quruml
Tədbirə TDT-nin katibliyi, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Özbəkistan nümayəndələri qatılıb.
Ölkəmizi bu tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Foyedə Milli Mədəniyyət Mərkəzlərinin xalq sənətkarlıq nümunələrindən ibarət sərgi nümayiş etdirilib.
Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Qurbanov tədbiri açaraq Özbəkistanda bütün millətlərin dinc, qarşılıqlı hörmət çərçivəsində öz adət və ənənələrini, mədəniyyətlərini qoruyub saxlayaraq inkişaf etdirdiyini və onların ictimai işlərdə aktiv iştirakının təmin edildiyini vurğulayıb.
Elşad Əliyev diaspor quruculuğu sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verib.
Sonra digər ölkələrin nümayəndələri çıxış ediblər. Bildirilib ki, bugünkü təlatümlü dövrdə bəşəriyyətin üzləşdiyi mürəkkəb problemlərin və t
Tədbirin keçirilməsində məqsəd üzv dövlətlərin diaspor təşkilatları arasında əməkdaşlığı genişləndirmək, diasporların problemlərini və onlar