Daşkənddə təhsil sərgisi keçiriləcək

21.04.2025

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Özbəkistanın paytaxtı Daşkənd şəhərində təhsil sərgisi keçiriləcək.
Newscenter.az xəbər verir ki, sərgi 16-17 may tarixlərində baş tutacaq. "AzEdu.az" Təhsil Portalı, Təhsilin İnkişafı Fondu" və "Study in Azerbaijan"ın təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə keçiriləcək sərgidə məqsəd Özbəkistanda Azərbaycanın təhsil brendini tanıtmaq və universitetlərimizin potensial tələbələrlə birbaşa əlaqələrini yaratmaqdır.
Sərgidə Azərbaycanın müxtəlif ali təhsil ocaqları təmsil olunacaq və iştirakçılara ətraflı məlumat veriləcək.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью