Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi

12.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbərin mətni

Azərbaycanın Özbəkistandakı səfirliyinin və nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Daşkənddəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ziyarətçilər Ulu Öndərin əziz xatirəsini anıb, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyub, çiçəklər düzüblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir Ulu Öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlayaraq Moskvadakı fəaliyyəti, xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi ağır bəlalardan xilas etməsi haqqında söhbət açıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью