Daşkəndin 10 modern tikilisi UNESCO nun siyahısına daxil edildi

03.08.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistanın paytaxtı Daşkənddə yerləşən 10 modern tikili və şəhər kompleksi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Kulis.az xəbər verir ki, qərar Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında qəbul olunub.
"Daşkəndin modern memarlığı: Orta Asiyada müasirlik və ənənə" adı altında siyahıya alınan ərazi 1960-cı illərdən 1990-cı illərin əvvəllərinə qədər inşası başa çatan 10 unikial memarlıq nümunəsini əhatə edir.
UNESCO bu abidələri beynəlxalq modern memarlıq üslubunun yerli mədəniyyət, iqlim şəraiti və Daşkəndin zəlzələ riski ilə uyğunlaşdırılaraq yenidən təfsir edilməsinin ən parlaq nümunəsi kimi qiymətləndirib.
Siyahıya daxil edilən 10 obyekt bunlardır: "Jemçuq" (İnci) yaşayış binası, Dövlət Tarix Muzeyi, Təsviri Sənət Akademiyasının Mərkəzi Sərgi Salonu, "Kosmonavtlar" metro stansiyası, Böyük Günəş Sobası, Xalqlar Dostluğu Sarayı, Dövlət İncəsənət Muzeyi, Dövlət Sirki, Çorsu bazarı və Əlişir Nəvai adına Kino Sarayı.
Qeyd edək ki, Özbəkistanın “YUNESKO”-nun Ümumdünya İrsi Siyahısındakı mədəni irs obyektlərinin sayı altıya çatıb.

Fərhad Xəlilov: "Heydər Əliyev məni həmin naqolay durumdan çıxardı..." - Tarixi Şəxsiyyət Ürəyinə atəş açan yazıçı - O, niyə intihara cəhd etmişdi? Don Kixot - Etimad Başkeçidin pyesi - Üçüncü pərdə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью