Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşünün iclasında iştırak etmək üçün Konqres Mərkəzinə gəlib.
"Yeni Sabah" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini qarşılayıb.
Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər.