Daşkəsən: dağlar qoynunda daha bir səyyar qəbul

01.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti səyyar qəbulunu rayonun dağ kəndlərindən biri olan Qazaxyolçularda keçirib. İyulun 1-də təşkil olunan qəbulda rayonun idarə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Dağların qoynunda yerləşən kənddə keçirilən görüşdə Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti regionların inkişafına, insanların rifahının yüksəldilməsinə və yerlərdə mövcud problemlərin həllinə xidmət edir. Qeyd olunub ki, Daşkəsən rayonunda da infrastrukturun yaxşılaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş müraciətlərinə operativ baxılması daim diqqətdə saxlanılır.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Səsləndirilən məsələlərin bir hissəsi yerində həllini tapıb. Əlavə araşdırma tələb edən müraciətlər isə icraya götürülərək nəzarətə alınıb.

Qəbulda iştirak edən Qazaxyolçular kəndinin sakinləri onlara göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью