Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azəri Gold” şirkətinin tabeliyində olan “Daşkəsən Dəmir Filiz” MMC geoloji kəşfiyyat və ərazilərin öyrnilməsində istifadə etdiyi dronlardan birini itirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, DJI Matrice 300 RTK markalı dron zədələnib və onu əvəz etmək üçün yenisi alınacaq.
Lakin MMC dronun hansı şəraitdə və nə zaman sıradan çıxması barədə hər hansı açıqlama verməyib.
Qeyd edək ki, “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı tender elan edib.
Həmin tenderə əsasən zədələnmiş və sıradan çıxmış dornun yerinə “DJI Matrice 350 RTK” dronunun satın alacaq.
Bununla bağlı MMC ilə “BUZ TECH” MMC arasında satınalma müqaviləsi də imzalanıb.