Daşkəsən sakinləri üçün “ASAN xidmət” avtobusu

03.06.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Rayonun şəhər və kənd sakinlərinin, eləcə də buralara yolu qonaq və səyyyah qismində düşmüş digər vətəndaşların yarana bilən sənəd qayğılarını operativ həll etmək məqsədi ilə iyun ayının 2-dən etibarən Daşkəsən şəhərinin mərkəzi hissəsinin yaxınlığında səyyar “ASAN xidmət” avtobusu  özünə 23 günlük dayanacaq seçib.   

Bu faydalı təşəbbüs yerli İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən digər dövlət qurumlarının dəstəyi ilə reallaşdırılıb. 
Hər həftənin beş günündə yeddi saatlıq iş rejimli avtobus “ASAN xidmət” fəaliyyəti üçün bütün xarakterik texniki avadanlıq, həmçinin məlumat və məsləhət imkanları ilə təmin olunub.

Rayon rəhbəri Orxan Abbasov da səyyar “ASAN xidmət” avtobusunun ilk iş günündə burada yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və icrası ilə maraqlanıb.

Səyyar xidmətdən faydalanan sakinlər yaradılan şəraitə görə məmnunluq və minnətdarlıq hisslərini ifadə ediblər.

Zakir Muradov,

Daşkəsən-Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью