Daşkəsəndə 62 yaşlı kişi FACİƏLİ şəkildə öldü

19.06.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, 1963-cü il təvəllüdlü rayon sakini E.Əhmədov özünə məxsus yük maşınında qum boşaldarkən ehtiyatsızlıq səbəbindən qoşqu ona dəyib.

Zərbədən yerə yıxılan E.Əhmədovun üzərinə yük yerində olan qum tökülüb. 62 yaşlı kişi qumun altında qalaraq yerində həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью