Daşkəsəndə avtomat darağı və iki yüzdən artıq patron aşkarlandı

15.03.2025

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daşkəsən Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, həmin ünvandan avtomat, daraq və 228 ədəd patron aşkarlanıb. Maddi sübutlar ekspertizaya təqdim olunub.

Bundan başqa polis əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində 5 ədəd müvafiq sənədləri olmayan ov silahı könüllü polisə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью