Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

14.05.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью