Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb

22.04.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daşkəsəndə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonu Alunitdağ qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1965-ci il təvəllüdlü (60 yaş) Abdiyev İlham Paşa oğlu dağlıq ərazidə bitki toplayan zaman qayadan yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью