Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib VİDEO

22.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Əmirov saxlanılıb.

Onun üzərindən 6 kiloqram yaxın narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Əmirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью