Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır. Daşkəsən rayonunda yeniyetmə oğlan dava zamanı xəsarət alıb.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Mədənçilər qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2011-ci il təvəllüdlü E.Orucovla 2012-ci il təvəllüdlü Y.Tağıyev dava edib.
Bu zaman Y.Tağıyev özü ilə gətirdiyi şüşə qabı sındıraraq E.Orucovun qulağına, qollarına və baş nahiyəsinə xəsarətlər yetirib.
Yaralı təcili xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 13 yaşlı Y. Tağıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu