Daşkəsəndə filizdən son məhsuladək yeni sənaye zənciri qurulacaq

24.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Daşkəsən dəmir filizi yataqları əsasında Azərbaycanın qara metallurgiya sənayesində inteqrə olunmuş yeni istehsal zənciri yaradılması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət Proqramında Daşkəsəndə filiz hasilatı, Zənginləşdirmə zavodu, Pellet istehsalı zavodu və İsti Briketlənmiş Dəmir – İBD zavodunun yaradılması əsas layihələr sırasında yer alıb.

Yerli dəmir filizi bazasının ilk mərhələdə illik 1 milyon ton İBD istehsalını təmin edə biləcək səviyyədə formalaşdırılması, yerli və idxal xammalı birlikdə nəzərə alındıqda isə illik İBD istehsal gücünün 2 milyon tona çatdırılması hədəflənir.

İBD-nin bir hissəsinin ölkə daxilində fəaliyyət göstərən metallurgiya müəssisələrində istifadə olunması ilə idxal xammalından asılılığın mərhələli azaldılması nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью