Daşkəsəndə iki nəfərin öldüyü qəzanın FOTOLARI

21.01.2025

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daşkəsəndə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə rayonun Qaraqollar kəndi yaxınlığında qeydə alınıb.

Mədənçilər qəsəbə sakini, 1967-ci il təvəllüdlü Həsənov Fəxrəddin Nəsrəddin oğlu idarə etdiyi “Ural” markalı yanacaqdaşıyan avtomobili aşırmış, sürücü və sərnişin, Laçın rayon Şəlvə kənd sakini, 1988-ci il təvəllüdlü Səmədov Orxan Ağalar oğlu ölüb. Əraziyə rəsmi qurumlar cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью