Daşkəsəndə meşə zolağında təmizlik aksiyası keçirilib

08.08.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daşkəsən, 8 avqust, Vüsalə Cənnətova, AZƏRTAC

Daşkəsənnin Xoşbulaq kəndində meşə zolağında təmizlik aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyyətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin ”Gənclər düşərgəsi” iştirakçılarının təşəbbüsü ilə reallaşdırılan aksiyanın məqsədi ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, ekoloji maarifləndirməni gücləndirmək, insanların təbiətə münasibətində müsbət dəyişikliklərə nail olmaqla ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq olub. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş könüllülər meşə ərazisindəki plastik və digər məişət tullantılarını toplayaraq, aidiyyəti üzrə təhvil veriblər. Bununla yanaşı, istirahət üçün əraziyə üz tutmuş vətəndaşlar arasında maarifləndirici söhbətlər aparıb, təbiətin mühafizəsi və tullantıların düzgün idarə olunmasının vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, Xoşbulaq kəndi Daşkəsənin turistlər tərəfindən ən çox ziyarət olunan, təbiət mənzərələri ilə seçilən istirahət məkanlarından biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью