Daşkəsəndə “Niva“ aşdı, 31 yaşlı sürücü xəsarət aldı

27.07.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Molla Həsənli kəndində qeydə alınıb. "Niva" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Rasim Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью