Daşkəsəndə qanunsuz ov edən şəxslər saxlanılıblar

08.03.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daşkəsəndə qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıblar.

Oxu.Az-ın məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov edən A.Musayev, B.Kamalov və E.Abbasov saxlanılıblar.

Həmin şəxslərdən qanunsuz ovladıqları üç ədəd çöl donuzu və bir ədəd ov tüfəngi aşkarlanıb.

Faktlar üzrə araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью