Daşkəsəndə sel kənd yollarını bağladı VİDEO

21.08.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Daşkəsən rayonunda güclü yağışdan sonra sel suları kəndlərarası yollarda hərəkəti çətinləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə Oxu.az-a rayon sakini tərəfindən müraciət daxil olub.

Sakin bildirib ki, avqustun 20-dən etibarən Daşkəsən rayonunun Mollahəsənli kəndində güclü yağış səbəbindən vəziyyət pisləşib. Sakin, həmçinin problemin yaranmasında dağ-mədən fəaliyyəti ilə məşğul olan şirkətin rol oynadığını iddia edib.

Onun sözlərinə görə, şirkətin fəaliyyəti nəticəsində ərazidə çayın təbii məcrası dəyişib və bu da intensiv yağışlar zamanı suyun əraziyə yayılmasına səbəb olur.

Görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью