Icma.az, Apa.az saytına istinadən bildirir. Daşkəsəndə ölümlə nəticələnən yol qəzası olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraqollar kəndi yaxınlığında qeydə alınıb.
Şirkətə məxsus yanacaq daşıyan "Ural" markalı yük avtomobili dərəyə aşıb. Nəticədə F.Huseynov və O. Səmədov hadisə yerində ölüb.
Hadisə yerinə huquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.