Daşkəsəndə yanğın: iki yüzdən artıq cücə tələf oldu

21.04.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Daşkəsəndə yanğın nəticəsində iki yüzdən artıq cücə tələf olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Kənd sakini Tağı Orucova məxsus yarım tikilidə başlayan yanğın zamanı 250 cücə tələf olub. Hadisə yerinə Daşkəsən rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən avtomobili və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb. İlkin məlumata görə, hadisə elektrik naqillərində baş verən qısaqapanma səbəbindən qeydə alınıb.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью