Daşkəsəndə yanğın Xəsarət alan var

27.11.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Daşkəsəndə yanğın qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində baş verib. Qəsəbə sakininə məxsus fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

Yanğın söndürülüb. Sahəsi 50 kv/m olan ev əşyaları ilə birlikdə tamamilə yanıb. Nəticədə ev sahibi 1977-ci il təvəllüdlü V.Məmmədov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью